Millimiz Niderlandda 2 qızıl medal qazandı

14:57 - 12 Mart 2023

Eyndhovendə açıq Niderland çempionatına start verilib.

Sportal.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Komandamızın heyətində Rahid Vəliyev (54 kq) və Qaşım Maqomedov (58 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

Yığmamızın digər taekvondoçusu Yaşar Məmmədli (68 kq) isə çempionatın gümüş medalına yiyələnib.

Qeyd edək ki, yarışa martın 12-də yekun vurulacaq.

Xəbər xətti