"Ximki"nin baş direktoru Nikolay Alyonov komandanın Azərbaycanəsilli futbolçusu Ayaz Quliyevin Rusiya Premyer Liqasının 19-cu turunun "Zenit"ə qarşı görüşündə heyətdə yer almamasına münasibət bildirib.
Sportal.az xəbər verir ki, klub rəsmisi AFFA-nın milli komandamıza cəlb etmək istədiyi Quliyev haqda bu cür danışıb:
"Quliyev ikinci matçdır ki, niyə oyunda iştirak etmir? Heyətlə bağlı bütün qərarları məşqçilər korpusu verir”.
Xatırladaq ki, matç “Zenit”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.