DÇ-2026-da 48 komandanın iştirak edəcəyi təsdiqləndi

19:11 - 14 Mart 2023

FIFA 2026-cı ildə keçiriləcək dünya çempionatının formatını təsdiqləyib.

Sportal.az xəbər verir ki, mundialda 48 komanda mübarizə aparacaq. 12 qrupun hərəsində 4 kollektiv yer alacaq. Qruplarda ilk 2 yeri tutanlar və ən yaxşı 8 üçüncü 1/16 finala yüksələcək.

Ümumilikdə 104 qarşılaşmanın oynanılacağı turnir 39 gün davam edəcək. Dünya çempionatının final görüşünün 19 iyul 2026-cı il tarixində baş tutacağı planlaşdırılır.

Dünya çempionatında komandaların sayı 32-dən 48-ə yüksəlsə də, bu, mundiala Avropaya gedəcək millilərin sayının artmasına səbəb olmayacaq. Əvvəlki illərdə olduğu kimi Avropanı turnirdə 16 ölkə təmsil edəcək.

Qeyd edək ki, DÇ-2026-ya Amerika Birləşmiş Ştatları, Meksika və Kanada ev sahibləyi edəcək.

Xəbər xətti