FIFA dünya çempionatından sonra daha bir turnirin formatında dəyişiklik edib.
Sportal.az xəbər verir ki, söhbət klublararası dünya çempionatından gedir. Turnir 2025-ci ildən etibarən 32 komandanın iştirakı ilə baş tutacaq.
Klublararası dünya çempionatında UEFA Çempionlar Liqasının 2021-2024-cü illərdəki qalibləri, Avropanın reytinqə görə ilk 8 klubu, Afrika, Asiya və Şimali Amerikanın hərəsindən 4, Cənubi Amerikadan 6, Avstraliyadan 1 və ev sahibi ölkənin 1 klubu iştirak edəcək.
Qeyd edək ki, klublararası dünya çempionatının son qalibi İspaniya "Real"ıdır.
saytlarin hazirlanmasi