"Konyaspor"un futbolçusu Mahir Emrelinin Azərbaycan millisinə qarşıdakı görüşlərdə kömək edə bilməyəcəyi barədə xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, 25 yaşlı hücumçu zədəsini sağaltmaq üçün Türkiyəyə qayıdıb.
O, 2-3 həftə "Konyaspor"a kömək edə bilməyəcək. Emreli fizioterapiyada zədəsini müalicə etdirəcək.
Xatırladaq ki, Emreli AVRO-2024-ün seçmə mərhələsinin Avstriya və İsveçlə görüşləri üçün millimizə dəvət edilmişdi.
Amma Emreli zədəli olduğunu bildirib. MRT müayinəsindən keçən zaman isə zədəsi aşkarlanıb. Buna görə də, o, millinin düşərgəsini tərk edərək Türkiyəyə yollanıb.