Avro-2024-ün seçmə mərhələsinin ilk turu çərçivəsində baş tutacaq Acstriya - Azərbaycan görüşünün hakimləri açıqlanıb.
Sportal.az xəbər verir ki, matçı Polşadan olan ədalət təmsilçiləri idarə edəcək. Oyunun baş hakimi Bartoş Frankovski olacaq. Ona həmyerliləri olan yan xətt hakimləri Marçin Boniek və Yakub Vinkler kəmək edəcək. Dördüncü hakim funksiyasını isə Damian Kos yerinə yetirəcək.
Qeyd edək ki, Avstriya - Azərbaycan qarşılaşması 24 mart tarixində, Bakı vaxtilə saat 23:45-də, "Rayffayzen Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi