Azərbaycan bu gün Fransa ilə qarşılaşacaq

10:01 - 22 Mart 2023

Bu gün 19 yaşlılardan ibarət futzal üzrə Azərbaycan yığması AVRO-2023-ün seçmə mərhələsində ilk oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, yığmamız 5-ci qrupda fransalı həmyaşıdları ilə üz-üzə gələcək.

20:00 Fransa (U-19) – Azərbaycan (U-19)

Qrupun digər matçında Yunanıstan və Bosniya və Herseqovina milliləri qarşılaşacaq.

Bütün matçlar Bosniya və Herseqovinanın Şiroki Briyeq şəhərində keçiriləcək.

Xəbər xətti