Azərbaycanlı qolkiper Elməddin Məmmədov Qırğızıstana yollanıb.
Sportal.az saytına verilən məlumata görə, əvvəllər bu ölkənin “Alqa” klubunun qapısını qorumuş qapıçı bu dəfə “Muras Yunayted”in təklifini geri çevirməyib.
Məmmədov məşqçilər korpusunun etimadını qazanarsa, onunla rəsmi müqavilə imzalanacaq.
“Muras Yunayted” Qırğızısıtanın Calalabat şəhərini təmsil edir.“Bakı” yetirməsi olan Elməddin “Zirə”, “Sabah”, “Tsxinvali”(Gürcüstan), “Sent-Endryüs”(Malta), “TC Sports”(Maldiv adaları) klublarının qapısını qoruyub. O, "Araz Naxçıvan"ın qapıçısıdır.
saytlarin hazirlanmasi