Mahir Emreli "Konyaspor"da ilk qolunu vurdu

23:34 - 19 Aprel 2023

Türkiyə Super Liqasında 30-cu turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" doğma meydanda "Adana Demirspor"u qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard matça start heyətdə başlayıb və 60-cı dəqiqədə əvəzlənib. Mahir 41-ci dəqiqədə fərqlənib. Bu, onun "Konyaspor"un heyətində vurduğu ilk qolu olub.

30 turdan sonra 39 xal toplayan "Konyaspor" Super Liqada turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xəbər xətti