"Konyaspor" İstanbul səfərində: Mahir Emreli ehtiyatda

13:31 - 23 Aprel 2023

Türkiyə Super Liqasında 30-cu turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" bu gün İstanbulda "Kasımpaşa"nın qonağı olacaq.

Komandaların bu görüşdə meydana çıxacağı heyətlər məlum olub. Mahir qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayacaq.

Qeyd edək ki, "Kasımpaşa" - "Konyaspor" matçı Bakı vaxtilə saat 14:30-da start götürəcək.

Xəbər xətti