PSJ Neymarı satacaq

15:51 - 24 Aprel 2023

Fransanın PSJ klubu Neymarla yollarını ayırmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi braziliyalı hücumçunu yayda satmaq istəyir. Bu barədə "Mirror" nəşri məlumat yayıb. 31 yaşlı futbolçu ilə "Çelsi" və başqa bir ingilis klubunun maraqlandığı bildirilir.

Qeyd edək ki, PSJ Neymarı 2017-ci ilin yayında "Barselona"dan transfer edib. Braziliyalı millisinin üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 18 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti