Mövsümün sonunda "Lester Siti" ilə müqaviləsi başa çatan Çağlar Söyüncü karyerasını İspaniyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, türk futbolçu artıq "Atletiko" ilə razılıq əldə edib. Bu barədə "The Atletic" nəşri məlumat yayıb. Yayda azad agent statusunda olacaq 26 yaşlı mərkəz müdafiəçisi yaxın günlərdə Madrid təmsilçisi ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Çağlar Söyüncü "Lester Siti"yə 2018-ci ilin yayında "Frayburq"dan transfer olunub. Türkiyə millisinin üzvü Premyer Liqa klubunun heyətində meydana çıxdığı 129 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi