"Real"dan 40 milyon avroluq transfer

19:57 - 24 Aprel 2023

İspaniyanın "Real" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək.

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "kral klubu" "Selta"nın futbolçusu Qabri Veyqanı transfer edəcək. "Real" Viqo təmsilçisi ilə 20 yaşlı ispan yarımmüdafiəçinin keçidi ilə bağlı razılıq əldə edib. Transfer təxminən 40 milyin avroya başa gələcək.

Gənc futbolçu növbəti mövsümü icarə əsasında "Selta"da keçirdikdən sonra Madrid təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Qabri Veyqa "Selta"nın yetirməsidir. İspaniya U-21 millisinin üzvü cari mövsümdə La Liqa klubunun heyətində meydana çıxdığı 32 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti