Ukraynada azərbaycanlı futbolçuların duelində sülh

20:21 - 24 Aprel 2023

Ukrayna Premyer Liqasında 22-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün azərbycanlı futbolçuların çıxış etdiyi komandalar üz-üzə gəlib. Emil Mustafayevin formasını geyindiyi "Aleksandriya" doğma meydanda Dmitri Nağıyevin şərəfini qoruduğu "İnqulets"i qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Azərbaycanlı futbolçuların ikisi də görüşə start heyətdə başlayıb. Mustafayev 75-ci dəqiqədə əvəzlənibsə. Nağıyev isə 90 dəqiqə meydanda qalıb.

"Aleksandriya" 34 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "İnqulets" isə 26 xalla 9-cu yerdədir.

Xəbər xətti