"Liverpul" "Mançester Siti"nin futbolçusunu istəyir

19:52 - 25 Aprel 2023

İngiltərənin "Liverpul" klubu yay transfer pəncərəsi zamanı heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi "Mançester Siti"nin yarımmüdafiəçisi Kalvin Fillipsin xidmətində maraqlıdır. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. "Liverpul" 27 yaşlı futbolçu üçün 35 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Mançester Siti" Kalvin Fillipsi mövsümün əvvəlində "Lids Yunayted"dən transfer edib. İngiltərə millisinin üzvü "şəhərlilər"in heyətində 16 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti