Azərbaycan milli komandasının forvardı Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” İsveçrə Superliqasında növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, Renatın komandası çempionatın lideri olan “Yanq Boyz”u qəbul edib.
Matç Dadaşovun komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin üzvü meydana 67-ci dəqiqədə daxil olub.
Hazırda “Qrasshopper” 40 xalla 5-ci pillədədir.
saytlarin hazirlanmasi