Millimizin üzvü qol vurdu, komandası qələbə qazandı

19:53 - 26 Aprel 2023

Futbol üzrə Cənubi Koreya çempionatında 9-cu turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "Jeonbuk"lə qarşılışaıb. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu oyunun iştirakçısı olub. 24 yaşlı müdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb. O, 51-ci dəqiqədə komandasının ilk qolunu vurub.

Xallarını 17-yə yüksəldən "Tecon Xana Sitizen" 12 komanda arasında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər xətti