"Mançester Yunayted" braziliyalı müdafiəçini transfer edəcək

16:53 - 27 Aprel 2023

İngiltərənin "Mançester Yunayted" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas hədəfi "Monako"da çıxış edən Vandersondur. Bu barədə "RMC SPort" nəşri məlumat yayıb. "Qırmızı şeytanlar" Fransa klubu ilə 2027-ci ilin yayına kimi müqaviləsi olan braziliyalı sağ cinah müdafiəçisi üçün rəsmi təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, "Monako" Vandersonu 2022-ci ilin yanvar ayında Braziliyanın "Qremio" klubundan transfer edib. 21 yaşlı müdafiəçi cari mövsümdə "knyazlıq" təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti