"Qarabağ" bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti oyuna çıxıb.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda FKSB ilə üz-üzə gəlib.
Qarşılaşma Rumıniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ” 7 turdan sonra 36 komanda arasında 33-cü, FKSB isə 6-cı pillədədir.
Avropa Liqası
Liqa mərhələsi, VII tur
23 yanvar
21:45 "Qarabağ" – FKSB 2:3
Qollar: Leandro Andrade, 1, Yoskim Dava, 41 (avtoqol) - Adrian Şut, 6, 73, David Mikulesku, 45+4
Tofiq Bəhramov adına Respublika stadionu