Fransanın PSJ klubunda yeni müqavilələr qeydə alınıb.
Sportal.az xəbər verir ki, Paris təmsilçisi baş məşqçi Luis Enrikenin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspan mütəxəssis 2027-ci ilin yayına kimi Liqa 1 nəhəngini çalışdıracaq.
PSJ 3 aparıcı futbolçusunu da komandada saxlamağı bacarıb. Əşrəf Hakimi, Vitinya və Nunu Mendeşlə 2029-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
saytlarin hazirlanmasi