"Səbail" Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Qarabağ"a 0:1 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, "dənizçilər"in məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Komandanı apardığı mübarizəyə görə təbrik edirəm. "Qarabağ" həm Azərbaycan çempionatında, həm Avropada öz sözünü demiş komandadır. Yaxşı oyun oldu. Bu matçı unutmalıyıq. 4 gündən sonra çempionatda "Qarabağ"la oyunumuz var. Həmin qarşılaşmaya hazırlaşacağıq.
- "Səbail" qış fasiləsindən sonra yaxşı oyun nümayiş etdirir. Daha da irəli getmək üçün nə çatmır?
- Fasilədən sonra komandada oyundan-oyuna inkişaf var. Bilirik ki, çatışmayan cəhətlər var. Çempionatda daha da yaxşı nəticələr əldə etmək istəyirik. Bu gün "Qarabağ"a qarşı layiqli mübarizə apardıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi