"Zirə"nin qvineyalı vingeri Salifu Summa daha bir neçə klubun transfer siyahısına düşüb.
Sportal.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin xidmətində “Fənərbaxça" və "Beşiktaş", habelə Fransanın "Monako" klubları maraqlıdır.
Bu barədə türkiyəli futbol şərhçisi və insayder Serhat Kantoğlu X səhifəsində məlumat verib.
Bundan əvvəl isə Summanı “Dinamo”(Kiyev) istəyir.
saytlarin hazirlanmasi