"Çelsi" italiyalı yarımmüdafiəçini "Torino"ya satdı

13:56 - 2 Fevral 2025

İtaliyanın "Torino" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Çelsi"dən Çezare Kazadeini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Torino" italyan yarımmüdafiəçi üçün London klubuna 15 milyon avro təzminat ödəyib. İtaliya millisinin üzvü yeni klubu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Çelsi" Çezare Kazadeini 2022-ci ilin yayında "İnter"dən transfer etmişdi. 23 yaşlı futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti