İtaliyanın "Yuventus" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Nyukasl"dan Lloyd Kellinin keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Yuventus" 26 yaşlı məkəz müdafiəçisini 15 milyon funt-sterlinqlik satınalma bəndi ilə icarəyə götürəcək. "Ağ-qaralar" həm futbolçu ilə, həm də klubu ilə razılıq əldə edib.
Qeyd edək ki, Lloyd Kelli ötən ilin yayından "Nyukasl"da çıxış edir. İngiltərə U-21 millisinin sabiq üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi