"Nürnberq"in baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı hücumçusu Mahir Emrelinin Almaniya İkinci Bundesliqasının 20-ci turunun bu gün "Darmştadt"a qarşı keçirəcəkləri oyunda mümkün iştirakı ilə bağlı qısa fikirlərini bölüşüb.
Sportal.az “Augsburger Allgemeine”yə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bunu söyləyib:
“Emrelinin əsas heyətdə yer alması tamamilə mümkündür. Məşqdə özünü göstərib”.
Xatırladaq ki, Emreli diskvalifikasiya səbəbindən son turda “Şalke” ilə matçı buraxmaq məcburiyyətində qalmışdı.
saytlarin hazirlanmasi