"Qəbələ" futbolçusunu icarəyə göndərdi

12:49 - 31 Yanvar 2025

"Qəbələ" iki futbolçusu ilə yollarını ayırıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Vüqar Həsənov və Laurent Mendi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Hər iki futbolçu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi.

“Qəbələ” akademiyasının yetirməsi Mehrac Baxşalını isə icarəyə verib. 21 yaşlı yarımmüdafiəçi qarşıdakı 1,5 ildə “Mingəçevir”in formasını geyinəcək.

Xəbər xətti