“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsindəki altı rəqibi Avropa mövsümünü davam etdirəcək.
Sportal.az xəbər verir ki, bu mövsüm Ağdam klubunun rəqibi olmuş “Tottenhem”, “Lion” və “Olimpiakos” 1/8 finala birbaşa yüksəlib. Norveçin “Bodyo-Qlimt”, Rumıniyanın FKSB və Niderlandın “Ayaks” klubları isə 1/16 finalda mübarizə aparacaq.
“Qarabağ” kimi avrokuboklarda mübarizəsini dayandıran iki komanda var: “Elfsborq” və “Malmö”.
Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yalnız “Bodyo-Qlimit”i (2:1) məğlub etmişdi. Azərbaycan çempionu digər görüşlərdə “Tottenhem”ə (0:3), “Malmö”yə (1:2), “Ayaks”a (0:3), “Lion”a (1:4), “Elfsborq”a (0:1), FKSB(2:3) və “Olimpiakos”a (0:3) uduzmuşdu.