İngiltərənin "Tottenhem" klubu qış transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış hücum xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Bavariya"da çıxış edən Matis Telin keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
Artıq klublar arasında anlaşma əldə olunduğu bildirilir. "Tottemhem" fransalı hücumçu üçün Almaniya klubuna 60 milyon avro təzminat ödəyəcək. Transferin qısa zamanda rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, "Bavariya" Matis Teli 2022-ci ilin yayında "Renn"dən transfer edib. Fransa U-21 millisinin üzvü olan 19 yaşlı forvard bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi