"Qarabağ" hücumçu axtarışlarını davam etdirir.
Sportal.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi Juninyonun əvəzinə argentinalı hücumçu gətirməyi planlaşdırır.
Belə ki, Azərbaycan çempionu "Beroe"nin hücumçusu Santyaqo Leandro Qodoyla maraqlanır. Lakin argentinalının keçidi həll etmək asan olmayacaq.
Məsələ burasındadır ki, 23 yaşlı hücumçunu Türkiyənin "Bodrumspor" klubu da transfer etmək niyyəttindədir.
Onun "Beroe" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Xatırladaq ki, Leandro O, karyerası ərzində Rasinq, Çakarita Juniors, Torreense, Defensa Xustusiya kkublarında oynayıb.