"Yaxşı oyun oldu. Hər ikisi hissədə mübarizə gördük. İlk hissə bizim üstünlüyümüz şəraitində keçdi. Əfsuslar olsun ki, penaltidən yararlana bilmədik. Amma bu cür rəqibə qarşı matçda bir xal qazanmaq da yaxşıdır. Onlar ikinci yerdə gedir, möhkəm komandadır. Belə rəqiblə görüşdə bu cür oyun nümayiş etdirdiyinə görə komandama alqış düşür. Üzülürük ki, qalib gələ bilmədik. Futbolçularıma təşəkkür edirəm. Qələbələr bizi gözləyir. Belə mübarizə ilə qalibiyyət şansları daha çox olur. Hər iki komandaya bir xal düşməsi, ədalətli idi".
Sportal.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 21-ci turunun “Araz-Naxçıvan”la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Oyuna yaxşı başladız, rəqibi yaxşı sıxırdınız. Sonra nə baş verdi?
- Birinci hissədə rəqibə şans vermədik. İkinci hissədə isə.. "Araz-Naxçıvan" elə-belə yerə ikinci pillədə getmir. Əvəzetmələri, digər oyunçuların meydana çıxması öz sözünü deyir. Biz də elə-belə komanda deyilik. Bunu dəfələrlə sübut etmişik. Hazırda altıncı pillədəyik, amma hər şey dəyişə bilər. Belə futbolla öz xallarımızı toplayıb, istədiyimiz nəticəni əldə edəcəyik.
- Komanda 5 oyundur ki, qol vurmur...
- Bu sualı gözləyirdim. Futbolda termin var ki, qalib gələ bilmirsənsə, uduzma. Beş oyunda qol vura bilməsək də, xallar toplayırıq. Bu gün penaltini dəyərləndirə bilmədik. İşləmək lazım olacaq. Çalışacağıq ki, qarşıdakı oyunda maksimum xal qazanaq. Komandamızın gücü olmasaydı, 90-cı dəqiqədə hücumda olmazdıq. Oyundan-oyuna fərq var, bəzən rəqib səni məcbur edir, yorulursan. Ancaq "Sumqayıt" həmişə qalib gəlmək istəyir. Futbolçularım da bunu dərk edir. Bu gün oyun onu göstərdi ki, evdə dominant, yaxşı futbol oynadıq. Hesab istədiyimiz kimi olmasa da, bu cür rəqiblə görüşdə bir xal məni qane edir.
- Tresor Mossi ilə konflikt yaşadız, sürətli əvəzetmə istəsəz də, 7-8 dədiqəq ləngidi. Nə baş vermişdi?
- Sizdən heç nə yayınmır(gülür). Futbolçunu meydana buraxmaq istədim, o da yavaş-yavaş gəldi. Bu da bəlkə anlaşıldı. Biz də nə vaxtsa, futbolçu olmuşuq, hamımız oynamaq istəmişik. Amma hər bir futbolçu dərk etməlidir ki, məşqçi çağırdığı zaman, komandaya kömək etmək üçün dərhal gəlməlidir. İstər 5 dəqiqə, istərsə də 40 dəqiqə olsun. Bu hamıya aiddir. Ona görə də biz bunu başa saldıq. İnanıram ki, belə bir şey bir də olmayacaq.
- Yeni transferiniz Ronaldo Vasqesin durumu nə yerdədir?
- Bizim düşərgəmizdədir. Tibbi yoxlanışdan keçib, hər şey qaydasındadır. Sadəcə iştirakı üçün PFL-dən təsdiq gözləyirik. Vərəqə gəlmədiyi üçün bu gün oyunun iştirak ərizəsində yox idi.
- Momo Yansane haqda hansı fikirdəsiz?
- Özünüz də görürsüz ki, futbolçuya oxşayır. Biz rəhbərlik, məşqçilər olaraq ən yaxşısını etməyə çalışırıq. Dəvət etmişik. Oyunlar göstərir ki, Momo yaxşı futbolçudur, sadəcə zaman lazımdır. Geridə qalan iki oyunda onun təcrübəsi, hücumçu kimi xüsusiyyətləri görünür. Çalışacağıq ki, onu növbəti oyunlara fiziki cəhətdən duruma gətirək.
Mirbağırağa
saytlarin hazirlanmasi