Bu gün Misli Premyer Liqasında XXI turun daha iki oyunu keçirilib.
Sportal.az xəbər verir ki, günün ilk görüşü Tovuzda baş tutub.
"Turan Tovuz" "Səbail"i qəbul edib. Kurban Berdiyevin rəhbərlik etdiyi kollektiv rəqibinə qalib gələ bilməyib.
"Araz-Naxçıvan" isə "Sumqayıt"la bərabərə qalıb.
Misli Premyer Liqası
XXI tur
1 fevral
"Turan Tovuz" – "Səbail" 1:1
Qollar: Aleks Serrano 29 - Madi Keta 83
Qırmızı vərəqə: 45+2
Baş hakim: Tural Qurbanov
Tovuz şəhər stadionu
"Sumqayıt" - "Araz-Naxçıvan" 0:0
İstifadə edilməmiş penalti: Rövlan Muradov 9
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu