"Lans" Musayevi transfer etməyi planlaşdırır

15:47 - 1 Fevral 2025

Rusiya millisinin və ÇSKA-nın hücumçusu Tamerlan Musayev karyerasını Fransada davam etdirə bilər.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Fransa təmsilçisi Musayev üçün ÇSKA-ya müraciət edib. Onlar 23 yaşlı futbolçunun keçidini bu yay reallaşdırmaq istəyir.

Rusiya millisində 3 oyuna 2 qol vurmuş Tamerlan “Baltika”, “Volqa”(Ulyanovsk), KAMAZ klublarında oynamış Musayev 2023-cü ildən ÇSKA-nın formasını geyinir.

Onun ÇSKA ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti