"Arsenal"ın sabiq futbolçusu Fransis Koklen "Nant"a keçib.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı müdafiəçi həmin komandaya azad agent kimi keçib. O, mövsümün sonuna qədər bu komandaya kömək edəcək.
Fransız 2024-cü ilin yayında "Vilyarreal"dan ayrıldıqdan sonra klubsuz qalmışdı.
Koklen "Arsenal"la yanaşı əvvəllər “Loryan”, “Frayburq”, “Çarlton”, “Valensiya” klublarının üzvü olub.