Birinci Liqada yarışan "Mingəçevir" ev oyunlarını Mingəçevirdə keçirməyəcək.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisinin müraciəti, Peşəkar Futbol Liqasının qərarı ilə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda aparılan təmir və yenidənqurma işləri bitənə kimi klub rəqiblərini Zaqatala OİK stadionunda qəbul edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Mingəçevir"in aktivində cəmi 6 xal var və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi