"Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Leççe"dən Patrik Dorqunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Mançester Yunayted" danimarkalı vinger üçün İtaliya klubuna 30 milyon avro təzminat ödəyib. 20 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Leççe" Patrik Dorqunu 2023-cü ilin yayında "Norşelland"dan transfer etmişdi. Danimarka millisinin üzvü olan gənc oyunçu bu çmövsüm A Seriyas təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi