AFFA-nın yeni baş katibi təyin olundu

22:04 - 3 Fevral 2025

AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında baş katib vəzifəsinə Cahangir Fərəcullayevin təyinatı ilə bağlı qərar qəbul olunub.

Sportal.az Cahangir Fərəcullayevin tərcümeyi-halını diqqətinizə catdırır:

Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb və fərqlənmə diplomlarla bitirib.

O, 2004-20019-cu illərdə Engin, Deniz Service, Gametv.az Prodüser Mərkəzi, AGBank, Novartis, Sandoz və JTI Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil konsultant kimi çıxış edib.

2019-2020 illərdə “Caspiantech” şirkətinin baş direktoru olub. 2021-ci ildən 2025-ci ilə qədər “Azərlotereya” ASC-də baş direktorun müşaviri və LMK şirkətinin baş direktoru vəzifəsində çalışıb.

Xəbər xətti