FİFA-nın Avropa üzrə regional direktoru Elxan Məmmədov Rusiya Futbol İttifaqının (RFİ) fövqəladə konfransında çıxış edib.
Sportal.az “Sport Ekspress”ə istinadən xəbər verir ki, Məmmədov bunları deyib:
"FİFA adından hər kəsi salamlayıram. Konfransda iştirak etməkdən məmnunam. Fürsətdən istifadə edərək FİFA prezidenti Canni İnfantinonun səmimi salamlarını çatdırmaq istərdim. FİFA və RFİ müxtəlif inkişaf proqramlarını həyata keçirərək səmərəli əməkdaşlığı davam etdirir. Bu gün seçki konfransıdır. FİFA ilə səmərəli əməkdaşlığa görə Aleksandr Dyukova təşəkkür etmək istərdim. Rusiya futbolunun tezliklə dünya arenasına qayıtmasını arzu edirəm".