"Fənərbaxça" geridönüşlə qələbə qazandı - VİDEO

23:30 - 2 Fevral 2025

Türkiyə Super Liqasında 22-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Fənərbaxça" doğma meydanda "Rizespor"u qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 51-ə yüksəldən "Fənərbaxça" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 27 xalı olan "Rizespor" isə 10-cu yerdədir.

"Fənərbaxça" - "Rizespor" 3:2
Qollar:
Edin Ceko, 45+8 (pen), 79, Yussef En-Nesiri, 89 - Ali Sou, 6, 13
Qırmızı vərəqə: İbrahim  Olavoyin, Raşid Qezzal, 77

Xəbər xətti