Premyer Liqa klubu Mahirin komanda yoldaşını 25 milyon avroya transfer etdi - RƏSMİ

16:33 - 3 Fevral 2025

İngiltərənin "Brayton" klubu yeni hücumçu transfer edib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Nürnberq"də çıxış edən Stefanos Tsimasın keçidini həll edib. Bu barəə klubun mətbuat xidməti məlumat yayıb.

"Brayton" yunan futbolçu üçün Almaniya klubuna 25 milyon avro təzminat ödəyib. 19 yaşlı forvard mövsümün sonuna kimi hazırkı komandasında qalacaq.

"Nürnberq" Stefanos Tsiması mövsümün əvvəlində PAOK-dan icarəyə götürmüşdü. II Bundesliqa təmsilçisi daha sonra gənc oyunçunun transfer hüququna yiələnib.

Qeyd edək ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli "Nürnberq"də Stefanos Tsimaska birlikdə çıxış edir.

Xəbər xətti