"Mançester Yunayted" heyətini "Bavariya"nın futbolçusu ilə gücləndirməkdə israrlıdır.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, Münhen təmsilçisinin hücumçusu Matis Tel "qırmızı şeytanlar"ın əsas transfer hədəfidir.
İngilislər transferin bu qış reallaşdırmasını istəyir.
Mançester təmsilçisi ən pis halda 19 yaşlı futbolçunun icarəyə götürmək niyyətindədir.
Matisin “Bavariya” ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. Onun bazar qiyməti 30 milyon avrodur. Tel 2022-ci ildə “Renn”dən “Bavariya”ya keçib.
saytlarin hazirlanmasi