"Milan" kapitanı Davide Kalabriyanı icarəyə verib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi italyan müdafiəçini "Bolonya"ya göndərib. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı sağ cinah müdafiəçisi mövsümün ikinci yarısında "Bolonya"nın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Davide Kalabriya "Milan"ın yetirməsidir. Təcrübəli futbolçu 2015-ci ildən əsas komandada çıxış edirdi. İtaliya millisinin üzvü bu mövsüm "qırmızı-qaralar"In heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi