Türkiyənin "Beşiktaş" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Şer Ndurla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı yarımmüdafiəçinin icarə müqaviləsinə vaxtından əvvəl xitam verilib.
Qeyd edək ki, "Beşiktaş" Şer Nduru mövsümün əvvəlində PSJ-dən icarəyə götürmüşdü. 20 yaşlı futbolçu "qara qartallar"ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi