"Əl-Nəsr" Asiya Çempionlar Liqasında Birləşmiş Ərəb Əmirliklərini "Əl-Vasl" klubunu 4:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matmda 2 qol vuran Kriştiano Ronaldo açıqlama verib. Portuqaliyalı hücumçu özünü tarixin ən yaxşı futbolçusu adlandırıb:
"Mən bütün zamanların ən yaxşı futbolçusuyam, buna inanıram. Rəqəmlər yalan danışmaz. Sürətliyəm, güclüyəm, baş zərbəsi ilə, sol ayaqla qol vururam. Heç kim məndən daha mükəmməl olmayıb".
Qeyd edək ki, Kriştiano Ronaldo karyerası ərzində həm millidə, həm də çıxış etdiyi klublarda ümumilikdə 925 qol vurub.
saytlarin hazirlanmasi