AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Sportal.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının 1/16 final mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Yuventus” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.
Fevralın 12-də Trabzonda yerləşən “Şenol Günəş İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
saytlarin hazirlanmasi