"Beşiktaş" "Atletiko"nun hücumçusu ilə anlaşdı

15:18 - 4 Fevral 2025

Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Atletiko"da çıxış edən Aleksander Sörlotu transfer etmək istəyir. Bu barədə "Hürriyet" nəşri məlumat yayıb.

"Beşiktaş" norveçli forvardla razılıq əldə edib. Klublar anlaşsa, 29 yaşlı hücumçu "qara qartallar"ın formasını geyinəcək.

Qeyd edək ki, "Atletiko" Aleksander Sörlotu mövsümün əvvəlində "Vilyarreal"dan transfer edib. Norveç millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu daha əvvəl Türkiyədə "Trabzonspor"da çıxış edib.

Xəbər xətti