"Kəpəz"dən ayrılan Redon Mixananın yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, albaniyalı vinger karyerasını Maltada davam etdirəcək.
Mixana "Hamrun Spartans" klubuna keçib. 25 yaşlı futbolçu Malta təmsilçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Redon Mixana mövsümün ilk yarısında "Kəpəz"də çıxış edib. Albaniya U-21 millisinin sabiq üzvü Gəncə təmsilçisinin heyətində 4 rəsmi matçda iştirak edib.
saytlarin hazirlanmasi