Futzal üzrə Azərbaycan milli komandası bu gün AVRO-2026-nın əsas mərhələsində növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, 5-ci qrupda yer alan Vitali Borisovun rəhbərlik etdiyi kollektiv Bakıda Yunanıstan yığması ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında keçirilmiş görüş 2:2 hesabı ilə yekunlaşıb.
Yığmamızın heyətində Oktay Rüstəmli fərqlənib. Qonaq komandada isə Leandros Tankas və Marios Ntatis adını tabloya yazdırıb. Yunanların heyətində Spridon Papakostas avtoqol müəllifi olub.
AVRO-2026
Azərbaycan - Yunanıstan - 2:2
saytlarin hazirlanmasi