"Qarabağ"dan ayrılan Julio Romaonun yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Ferentsvaroş"a keçib. Bu barədə Macarıstan klubunun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Julio Romao 2022-ci ilin yayından "Qarabağ"da çıxış edirdi.
saytlarin hazirlanmasi