"İmişli"nin futbolçusu stadionun əmlakına zərər vurduğuna görə cəzalandırıldı

14:20 - 5 Fevral 2025

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda I Liqanın XII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

30.01.2025-ci il tarixində I Liqada XII turun MOİK – “İmişli” oyununda “İmişli” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilsin (maddə 37);

30.01.2025-ci il tarixində I Liqada XII turun MOİK – “İmişli” oyunu bitdikdən sonra “İmişli” klubunun 11 nömrəli futbolçusu Seyxan Fərəcov stadionun əmlakına zərər vurduğuna görə 1 oyun cəzalansın, “İmişli” klubu 100 manat cərimə edilsin (maddə 54.1);

30.01.2025-ci il tarixində I Liqada XII turun MOİK – “İmişli” oyununda MOİK klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilsin (maddə 91);

30.01.2025-ci il tarixində I Liqada XII turun “Karvan” – “Difai” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Difai” klubu 70 manat cərimə edilsin (maddə 37);

30.01.2025-ci il tarixində I Liqada XII turun “Karvan” – “Difai” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Karvan” komandası 50 manat cərimə edilsin (maddə 70.1);

30.01.2025-ci il tarixində I Liqada XII turun “Karvan” – “Difai” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” komandası 80 manat cərimə edilsin (maddə 51.2);

30.01.2025-ci il tarixində I Liqada XII turun “Qəbələ” – “Baku Sportinq” oyununda “Qəbələ” klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilsin (maddə 91);

31.01.2025-ci il tarixində I Liqada XII turun “Qaradağ Lökbatan” – “Cəbrayıl” oyununda “Cəbrayıl” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Cəbrayıl” klubu 70 manat cərimə edilsin (maddə 37);

31.01.2025-ci il tarixində I Liqada XII turun “Qaradağ Lökbatan” – “Cəbrayıl” oyununda “Qaradağ Lökbatan” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilsin (maddə 37);

31.01.2025-ci il tarixində I Liqada XII turun “Qaradağ Lökbatan” – “Cəbrayıl” oyununun 74-cü dəqiqəsində “Qaradağ Lökbatan” komandasının baş məşqçisi Fərid Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Qaradağ Lökbatan” komandası 100 manat cərimə edilsin (maddə 42.4);

30.01.2025-ci il tarixində I Liqada XII turun “Qaradağ Lökbatan” – “Cəbrayıl” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qaradağ Lökbatan” komandası 80 manat cərimə edilsin (maddə 51.2);

31.01.2025-ci il tarixində I Liqada XII turun “Zaqatala” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilsin (maddə 37);

31.01.2025-ci il tarixində I Liqada XII turun “Zaqatala” – “Mingəçevir” oyununun 75-ci dəqiqəsində “Mingəçevir” komandasının 15 nömrəli futbolçusu Elnur Mirzəyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Mingəçevir” komandası 50 manat cərimə edilsin (maddə 36.5);

31.01.2025-ci il tarixində I Liqada XII turun “Zaqatala” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə “Mingəçevir” komandası 150 manat cərimə edilsin (maddə 52.2);

31.01.2025-ci il tarixində I Liqada XII turun “Zaqatala” – “Mingəçevir” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Zaqatala” komandası 80 manat cərimə edilsin (maddə 74.1);

Xəbər xətti