Almaniyanın "Bavariya" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi Alfonso Deyvisin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Real"ın heyətinə qatmaq istədiyi kanadalı sol cinah müdafiəçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Bavariya" Alfonso Deyvisi 2019-cu ilin yanvar ayında "Vankuver"dən transfer edib. Kanada millisinin üzvü olan 24 yaşlı futbolçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi